YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Van Qoq Vinsent

Vinsent Van Qoq (1853-1890) holland rəssamıdır, amma o, ömrünün böyük hissəsini Fransanın cənubunda keçirmişdir. Van Qoqun həyatı çox çətin olmuş, sağlığında onun istedadına ancaq bir nəfər- onun qardaşı Teo inanmışdır. Bizim günlərdə Van Qoqun şəkilləri dünyanın ən böyük muzeylərini bəzəyir.

 

Van Qoq əl atdığı bütün işlərdə müvəffəqiyyətsizliyə düçar olurdu. O, ilk dəfə əlinə fırçanı onun varlığını dolduran dini hissləri ifadə etmək üçün götürmüşdü və 1880-ci ildə Parisə- rəsm qalereyasının direktoru olan qardaşının yanına gəlir və dərhal impressionist rəssamların burada sərgilənən əsərlərinə heyran olur. Gördüklərindən ilhamlanmış Vinsent təravətli rənglərdən və müxtəlif yaxma növlərindən istifadə edərək şəkil çəkməyə başlayır. 1888-ci ildə Van Qoq Fransanın cənubunda olan Ari şəhərinə köçür və orada özünün ən məşhur əsərlərini yaradır. Rəssam həyatının son illərində ağır depressiya tutmalarından əziyyət çəkirdi. O, öz əsərini birinci dəfə ancaq 1890-cı ildə sata bildi, elə həmin ilin iyulunda da intihar etdi.

 

Van Qoq çox qısa sürən rəssamlıq kariyerası müddətində 750 rəngli boya ilə çəkilmiş rəsm və 1660 eskiz yarada bilmişdi. Rəssamın həyatının təfərrüatları bizə onun qardaşına və digər tanışlarına yazdığı 700 məktubdan məlumdur.