Xiyabani Məhəmməd
Cənubi Azərbaycanda şah hökumətinin milli zülmünə, mənəvi əsarətinə, həmçinin xarici ölkələrin istilaçılarına qarşı milli azadlıq hərəkatı 1920-ci ildə xüsusilə geniş siyasi xarakter almışdı. Bu hərəkatda fəal iştirak edən Məhəmməd Xiyabani xalqını hər cür milli və ictimai zülmdən azad etməyi öz qarşısına məqsəd qoymuşdu.
O, hələ 1906-cı ildə Səttar xanın başçılığı ilə Təbrizdə başlanan milli azadlıq hərəkatının mübariz iştirakçılarından olmuşdu. İran inqilabının məğlubiyyətə uğradığı vaxtdan İran hakimiyyəti tərəfindən təqib olunurdu. Bu təqiblərdən qurtarmaq üçün Xiyabani Rusiyaya gəlir, beş il Bakıda, Tiflisdə və Mahaçqalada yaşayır.
1917-ci ilin axırlarında Cənubi Azərbaycanda inqilab dalğası yenidən gücləndi. O, 1920-ci ildə Təbrizdə baş verən silahlı üsyana rəhbərlik etdi. 1920-ci ildə Cənubi Azərbaycanda milli hökumət yaradıldı. Xiyabaninin başçılıq etdiyi həmin hökumət ərzaq mallarının qiymətini aşağı saldı, məktəblər, xəstəxanalar və s. Açmaq kimi demokratik tədbirlər həyata keçirdi. Lakin 1920-ci ilin sentyabr ayında gecə demokratların evinə quldurcasına basqın etdilər. Xiyabani vəhşicəsinə öldürüldü.
08.06.2018