YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qama Vasko da

Vasko da Qama (Portuqal dilində oxunuşu Vasico idi Qama) kəşflər çağında yaşamış, Avropanın ən müvəffəqiyyətli kəçfiyyatçılarından olan, Avropadan çıxıb birbaşa Hindistana gedən ilk adam olaraq bilinən, portuqaliyalı dənizçi olub.


Portuqaliya kralı I Manuelə bağlı, Şərqin xəzinələrinə və xristianlar üçün müqəddəs olduğuna inandıqları Hindistan torpaqlarına çatmaqla vəzifələndirilmişdir. 1497-ci ildə özündən əvvəl Bartelemeu Dias’ın kəşf etdiyi və Afrikanı dolanan Ümid Burnuna qədər uzanan dəniz yolunu inkişaf etdirərək, dənizçi Henri’nin başlatdığı Portuqaliya dəniz kəşflərinə bir yenisini əlavə etmişdir.


Avropalıların Hindistana dəniz yolu ilə çata bilməsini, Osmanlı Dövlətinin və İranın ticarət sahəsindəki üstünlüklərinə son vermiş, dəniz ticarətində Avropalıların üstünlüyü ələ keçirməsini təmin etmişdir.


O, 1497-ci ilin iyulunda dörd gəmi ilə Lissabondan çıxır və 1498-ci ilin mayında Kəlküttə şəhərinə( Cənubo Hindistana) çatır. Evə qayıdarkən 90 nəfərlik ekipajdan 30 dənizçi sınqadan (C vitamininin çatışmazlığından yaranan xəstəlik) vəfat etdi və dörd gəmidən ancaq ikisi Lissabona qayıtdı.