Mərkəzi Amerika
Mərkəzi Amerika şimalda ABŞ və Meksika, cənubda Cənubi Amerika materiki arasındakı dar torpaq zolağıdır. Burada bir neçə dövlət: Beliz, Qvatemala, Salvador, Honduras, Nikaraqua, Kosta-Rika və Panama yerləşir.
Mərkəzi Amerikanın sahilləri düzənliklərdən, qalın meşələrdən və bataqlıqlardan ibarətdir. Mərkəzdə isə hündür dağlar yerləşir.
Mərkəzi Amerikada iqlim çox istidir. Böyük şəhərlər əsasən dağlarda yerləşiblər- orada hava bir az sərindir.
Meksika Mərkəzi Amerikaya daxil deyil. Latın Amerikası adlanan coğrafi ərazi Meksikadan Braziliya və Argentinaya qədər bütün ölkələri əhatə edir. Onlar ona görə belə adlanırlar ki, bu ölkələrin sakinləri əsasən qədim latın dilindən əmələ gəlmiş ispan və portuqal dillərində danışırlar.
Mərkəzi Amerikada tropik bitkilər- şəkər qamışı, qəhvə, pambıq və banan becərilir. Sənaye orada çox zəif inkişaf etmişdir.
XVI əsrdə Mərkəzi Amerikaya ispan əsgərləri və mühacirləri gəldilər. Torpaqların çoxu ispan müstəmləkəsinə çevrildi. Müstəmləkəyə qədər burada bir neçə yerli tayfa yaşayırdı, onlardan biri mayya tayfası idi. 1838-ci ildə İspaniya Qvatemala, Honduras, Kosta-Rika, Nikaraqua və Salvadora müstəqillik verdi.
1903-cü ildə Panama Kolumbiyadan ayrıldı. Beliz isə 1981-ci ilə kimi Britaniyanın müstəmləkəsi oldu.
11.06.2018