YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Vyana

Vyana Avstriyanın paytaxtıdır. Şəhər ölkənin şərqində, Dunay çayının sahilində yerləşmişdir. Vyana çox qədim şəhərdir. Onun əsası 2000 il əvvəl keltlər tərəfindən qoyulmuşdur. Sonradan kelt məskəninin yerində Romanın Vindobona şəhəri yarandı. 

 

Bizim günlərə qədər Vyanada orta əsrlərə aid bir çox tikili qalmışdır. Ən məşhuru müqəddəs Stefan kilsəsidir. Birinci Dünya müharibəsinin sonuna qədər Vyana böyük və qüdrətli Habsburqlar imperiyasının paytaxtı idi. 

 

Vyana həmişə rəssam və musiqiçiləri özünə cəlb edib. Bethoven və Motsart burada yaşayıb yaratmışlar. Bir çox alimlərin və həkimlərin, o cümlədən burada doğulmuş Ziqmund Freydin adı Vyana ilə bağlıdır. Bu gün şəhərin əhalisinin sayı 1,5 milyon nəfərə çatmışdır.

 

Vyana nəhəng sənaye, ticarət və kommunikasiya mərkəzidir. Burada elektrik cihazları, kağız, geyim istehsal olunur. Vyananın əsas gəlir mənbələrindən biri də turizmdir.