Cəngəlliklər
Tropik meşəliklər- cəngəlliklər, tropik adlandırılan coğrafi zonada yerləşirlər. Tropik zona ekvator boyu ən isti və rütubətli iqlimi olan yerlərdən keçir.
Yer üzündə yaşayan on milyonlarla heyvan və bitki növlərinin, demək olar ki, yarısı bu meşələrdə özlərinə sığınacaq və qida tapıblar. Bəzi cəngəllik sahələri isə bizim planetdə olan ən qədim yerlərdir. Tropik meşələr Cənubi və Mərkəzi Amerikada, Afrikada, Cənub-Şərqi Asiyanın və Avstraliyanın ayrı-ayrı yerlərində yerləşir. Hər bir materikin tropik meşəsi özünəməxsus xüsusiyyətlərə malikdir. Bəzi heyvan və bitki növlərinə cəngəlliklərin ancaq müəyyən bir yerində rast gəlmək olar. Məsələn, meymunların yaxın qohumu olan lemurlar ancaq Madaqaskar adasının cəngəlliklərində yaşayırlar.
13.08.2018