Honkonq
Honkonq və ya Syanqan Çinin cənub-şərqində yerləşən 1046 kv/ km sahəsi olan böyük bir ərazidir. Şəhərin bir hissəsi balaca adada, qalan hissəsi isə materikdə- Yeni ərazilər adlandırılan quru zolaqda yerləşir. Honkonq 1842-ci ildən İngiltərənin hakimiyyəti altında idi, 1997-ci ildə isə Çinə qaytarıldı. Həmin vaxtdan Honkonq Çinin tərkibində olan xüsusi inzibati rayona çevrildi və inzibati mərkəz Viktoriya adlanan hissəsinə köçürüldü.
Honkonq hər tərəfdən dağlarla əhatə olunmuş geniş təbii limana malikdir. Onun adı “ətirli limon” mənasını verir. Şəhərin digər böyük bir hissəsi isə Szyulun( Koulun) adlandırılır. Əhalinin çox hissəsi ticarət və sənaye ilə, o cümlədən, balıqçılıqla məşğuldur. Honkonqda çox hündür göydələn yaşayış evləri tikilmişdir, amma bu kiçik torpaq parçasında yaşayan milyonlarla insana yenə də yer çatmır.
13.04.2019