Plankton
Plankton çox kiçik bitkilərdən və orqanizmlərdən ibarət olan, dənizlərdə və ya daxili sularda (yəni hər tərəfən quru ilə əhatə olunmuş) su axınlarının təsiri ilə hərəkət edən kütlədir. Planktonun tərkibinə daxil olan orqanizmlərin çoxu o qədər kiçikdir ki, onları ancaq mikroskopla görmək olar. Planktona daxil olan yosunları fitoplankton adlandırırlar. Onlar suyun üstündə olur, çünki bütün bitkilər kimi onların da mövcudluğu üçün günəş işığı zəruridir. Bəzi yosun növləri suda hərəkət etmək üçün xüsusi bığcıqlara malikdir. Yosunların digər növləri isə iti qabıqların-çanaqların içində yaşayır və kiçik şüşə parçalarına bənzəyirlər.
Planktona daxil olan canlı orqanizlər zooplankton adlanır. Onların bəziləri xeyli dərində yaşayır və yuxarıya ancaq gecələr qida axtarmaq üçün qalxırlar. Zooplanktona birhüceyrəli orqanizmlərin bir çox növləri, eləcə də çox kiçik yengəclər və körpə balıqlar daxildir.
Plankton dəniz sakinlərinin qida zəncirində əsas halqadır. Bütün dəniz heyvanları bu və ya digər dərəcədə plankton ilə bağlıdır, çünki ya özləri onunla qidalanır, ya da planktonla qidalananları yeyirlər.
14.11.2018