"Yay səhəri"
Od tutub qırmızı {{atəşlə}} yenə yandı üfüq,
Şəfəqin qırmızı {{rəngilə}} işıqlandı üfüq.
Bir qədər çaydan uzaq, od qalamış dağda {{çoban}},
Oyadır öz {{sürüsün}} otlaya yaylaqda çoban.
Yumşaq göy çəmənin üstə düşüb {{şeh gecədən}},
{{İsti yoxdur}}, hələ var bir balaca meh gecədən.
Ağ dumanlar ucalır göy üzünə {{dağlardan}},
Çox sərindir havası, keçmə bu {{yaylaqlardan}}.
Gün çıxır, göydə {{bulud}} qırmızı rəngə boyanır,
Kəndlilər çox yorulub, {{uyqudan}} indi oyanır.
Pəyədən {{mal-qaranı}} bəzi çıxardır qırağa,
Bəzi səhrayə gedir işləməyə, bəzi {{bağa}}.
Düzgün cavabların sayı:
Səhv cavabların sayı: