Xəbərlər

21 dekabr Qış Gündönümü günüdür

Bu gün 21 dekabr Qış Gündönümü günüdür və bu gündən etibarən gündüzlər uzanmağa, gecələr isə qısalmağa başlayacaq.


Bəs Qış Gündönümü nədir və necə baş verir? Qış Gündönümü, Şimal yarımkürəsində hər ilin 21 və ya 22 dekabr tarixinə təsadüf edən gündüzün ən qısa, gecənin isə ən uzun olduğu gündür. Cənub yarımkürəsində ən uzun gün, Şimal yarımkürəsində ən uzun gecə sayılır. 21 Dekabr Cənub yarımkürəsində yay, Şimal yarımkürəsində qış mövsümünün başlanğıcı hesab olunur.