Nağıllar, hekayələr

Fuad Tarverdiyev. Cəmil+Mahir=

Bu gün Cəmil məktəbə tez gəlmişdi. Boş dəhlizləri gəzir, dərslərin başlanmasını gözləyirdi.

 

Yenicə rənglənmiş ağappaq divarın yanından keçəndə elə bil kimsə Cəmili tutub qulağına pıçıldadı: “Mahirlə ayrılmaz dostlarsınız. Bunu hamıya de! Qoy bütün məktəb bilsin!” Cəmildə çantasından qara qələmini çıxarıb iri hərflərlə divarda yazdı:

 

 

 

Bərabərlik işarəsini təzəcə yazmışdı ki, dəhlizin o biri başından Kazım müəllimin səsi eşidildi. O, məktəbdə təsərrüfat işləri üzrə direktor müavini idi. Cəmil divarın dibi ilə yüyürüb məktəbin qapısından çölə çıxdı. Özünü həyətdəki ağaclığa verib bir kolun arxasında gizləndi. Bir qədər gözlədi. Ardınca gələn olmadı. Zəng çalınana kimi burada gözləməyi qərara aldı. Bir azdan məktəbin həyəti uşaqla doldu. Cəmil heç nə olmamış kimi kolun arxasından çıxıb çantasını oynada-oynada sinif yoldaşları ilə məktəbə daxil oldu. Kazım müəllim onun yazdığı divarın yanında dayanmışdı. Yamanca hirsli idi:

 

– Bunu kim yazıb?! Təmiri təzəcə qurtarmışıq. Gör nə kökə salıblar?!

 

Kazım müəllim deyinə-deyinə ikinci mərtəbəyə qalxdı. Cəmilsə fürsət gözlədi. Dəhliz boşalantək bayaqkı yazılarının yanına bir söz də əlavə eləyib siniflərinə sarı götürüldü.

 

Bərabərlik işarəsini təzəcə yazmışdı ki, dəhlizin o biri başından Kazım müəllimin səsi eşidildi. O, məktəbdə təsərrüfat işləri üzrə direktor müavini idi. Cəmil divarın dibi ilə yüyürüb məktəbin qapısından çölə çıxdı. Özünü həyətdəki ağaclığa verib bir kolun arxasında gizləndi. Bir qədər gözlədi. Ardınca gələn olmadı. Zəng çalınana kimi burada gözləməyi qərara aldı. Bir azdan məktəbin həyəti uşaqla doldu. Cəmil heç nə olmamış kimi kolun arxasından çıxıb çantasını oynada-oynada sinif yoldaşları ilə məktəbə daxil oldu. Kazım müəllim onun yazdığı divarın yanında dayanmışdı. Yamanca hirsli idi:

 

 

 

 

O gün Kazım müəllim bu yazıya məktəbin ayrı-ayrı yerlərində də rast gəldi. Səbri lap tükəndi. Dərs hissə müdirinin otağına qalxdı. Jurnallara baxdı. Məktəbdə Cəmil və Mahir adlı çox şagird oxuyurdu. Birinci sinifdə, ikidə, üçdə, səkkizdə, onda… Hansını çağırsın, kimdən soruşsun?


Kazım müəllim fikir içərisində gəzdiyi vaxt Cəmil musiqi dərsində idi. Sinif yoldaşları yeni mahnı öyrənirdilər. O isə ağızucu zümzümə edirdi. Fikri partasının üstünü mıxla cızmaqda idi. Heç özü də bilmədi ki, nə vaxt dəhlizdə divara yazdıqlarını burada yazdı. Xəbər tutanda artıq gec idi. Əl-ayağa düşdü. Yazını pozmaq istədi. Üstünə mürəkkəb yaydı. Pozulmadı! Qara qələmlə rənglədi. Pozulmadı! Kazım müəllim gəlib durdu gözlərinin qabağında. Nə etsin? Yaxşı ki, bu vaxt zəng çalındı. Cəmil çantasını götürüb, uşaqları itələyə-itələyə sinifdən bayıra atıldı. Fikirləşdi ki, bəlkə, sabaha kimi yazılar öz-özünə qaralıb görünməz olar…

 

Səhər də məktəbə hamıdan tez gəldi ki, görsün yazılar qalıb, ya yox. Kazım müəllimi siniflərinin qarşısında görəndə ürəyi düşdü. Kürəklərində elə bil qarışqa gəzdi.

 

Kazım müəllim ondan soruşdu:

 

– Adın nədir?

 

– Cəmil.

 

– Adını, soyadını bura yaz görüm.

 

Cəmil əli əsə-əsə adını, soyadını onun uzatdığı vərəqə yazdı.

 

– Nə yaxşı xəttin var, mənə tanış gəlir. Hansı partada oturursan?

 

Cəmil gözucu partasının üstünə baxdı. Yazılar aydınca oxunurdu. Tutuldu.


– Hansı partada oturduğunu demədin, ha!

 

Cəmil qorxa-qorxa:

 

– Burada, – dedi.

 

– Çox gözəl. Bəs bunu kim yazıb?

 

Cəmil udqundu. Nə desin? Boynuna alsın? Yox… Yox… Birdən Kazım müəllim dünənki kimi hirsləndi?! Onun qolundan yapışıb müəllimlər otağına apardı? Atasını, anasını çağırtdırdı… Onda necə olsun?

 

Kazım müəllim sualını bir də təkrar etdi:

 

– Cəmil, bunu kim yazıb?

 

– Mahir.

 

– Doğrudan?! Səhv etmirsən ki? Bəlkə, başqası yazıb?

 

– Yox… yox… o!

 

– Mahir dostundur?

 

– Hə…

 

Sinif yavaş-yavaş uşaqlarla dolurdu. Hamısı da onların başına toplaşıb söhbətlərinə qulaq asırdı. Mahir də gəldi. Dostuna yaxınlaşanda yavaşca soruşdu:

 

– Nə olub, Cəmil?

 

Kazım müəllim onun kim olduğunu başa düşdü.

 

– Mahir sənsən?

 

– Bəli.

 

Kazım müəllim Cəmilin partasının üstündəki yazıları ona göstərib soruşdu:

 

– Sənin işindir?

 

– Xeyr.

 

– Bəs kimin xəttidir?

 

Mahir dinmədi. Çiyinlərini çəkdi. Başını aşağı salıb dayandı. Kazım müəllim üzünü uşaqlara tutub bərkdən dedi:

 

– Dostu sevərlər, onun haqqında ürəklə, açıq danışarlar. Daha oğrun-oğrun, gizlənə-gizlənə yox. Bir də dostu qoruyarlar. Ona dayaq olarlar. Çətinə düşən kimi ayağa verməzlər.

 

Cəmil bilirdi ki, bu sözlər ona deyilir. Öz-özünə düşünürdü: “Gör bir mən neylədim?!”

 

Dərs başlandı. Cəmilin qonşuluğunda oturan qız ona dördqat bükülmüş kağız uzatdı. Cəmil yavaş-yavaş onu açdı. Vərəqdə yazılmışdı:

 

CƏMİL + MAHİR = 0

 

Cəmil Mahirin xəttini tanıdı…