Nağıllar, hekayələr

Gecə və gündüz

Gündən-günə, ildən-ilə, əsrdən-əsrə, Gündüz dünyada gəzirdi. Həmişə, heç geri dönmədən, qabağa doğru irəliləyirdi. Bu müddətdə o, çox şeyin və fərqli hadisələrin şahidi olmuşdur: həm yaxşının, həm də pisin.


Ancaq bir gün o, onun hər gün gördüklərinin gördüyü, ancaq onun görə bilmədiyi, ondan çox arxada və ya çox irəlidə olan "Gecəni" heç görmədiyi barəsində düşündü.


Bundan sonra Gündüz rahatlığını itirdi. O, özünə yer tapa bilmədi: Necə ola bilər axı? O, hər yerdə gəzir, bu dünyada hər şeyi və hamını görür və tanıyır! Hər şeyi və hər kəsi: ən kiçik çınqılından başlayaraq ən əzəmətli dağları, kiçik və qüdrətli heyvanları, kiçik və böyük balıqları, hətta insanı belə, lakin Gecəni tanımır və heç görməyib belə! Bu necə ola bilər axı?


Gecənin ona tez yetişməsi üçün Gündüz daha yavaş getməyə çalışdı - dünyada isti yay başladı, ancaq gecə üfüqdə görünmədi. Gecəni heç olmasa uzaqdan görmək üçün Gündüz daha sürətli getməyə çalışdı - bu zaman qış fəsli gəldi, amma yenə də Gecəni görə bilmədi.


Beləliklə, Gündüz nə Gecəyə çata bildi, nə də gözləyə. Gecə Gündüz görüşə bilmədilər!


Gündüz bundan sonra görə bilməsə də, heç olmasa Gecənin nə olduğunu anlamaya çalışdı və yolda qarşısına çıxan hər kəsdən, hər bir şeydən Gecəni soruşmağa başladı:


- Çiçəklər mənə söyləyin, Gecə nədir? - Günduz çiçəklərdən soruşdu.


- Sən-Gündüz çəkildiyin zaman, Gecə, bizə nəm və təravət verən, özü ilə qalın bir duman gətirir. Sənin işığın və istiliyin olmasa necə quruyub məhv olarıqsa, Gecə də olmasa məhv olardıq!


- Meşələr deyin görüm Gecə nədir? - Günduz bu səfər meşələrdən soruşdu.


- Gecə özü ilə sükut və sakitlik gətirir - quşlar, heyvanlar yuxuya gedir, susur və biz - qoca, müdrik ağaclar - əbədiyyat haqqında düşünə bilirik, keçmişimiz üçün biraz kədərlənə bilirik və Sən-Gündüz gələndə, hər şey oyanır və həyatın davam etdiyinə və içində çox yeni şeylərin yaşandığına sevinirik!

 

- Dağlar deyin mənə Gecə nədir? - Günduz dağlardan soruşdu.


- Gecə özü ilə sonsuz kainatın dərinliyini və gözəlliyini gətirir. Yalnız Gecə düşəndə gözəl, parlaq və uzaq ulduzları, Ayı görə bilərik! Və biz kosmosun böyük və nəhəng olduğunu başa düşərək, biz - dağların onunla müqayisədə kiçik olduğumuzu anlayırıq. Ancaq sən, Gündüz, özünlə işıq gətirirsən və bizim dünyamızın da böyük və gözəl olduğunu və içindəki hər şeyin biz-dağlarla müqayisədə kiçik olduğunu göstərirsən!


- Heyvanlar, quşlar, balıqlar deyin mənə Gecə nədir? -Gündüz heyvanlardan, quşlardan və balıqlardan soruşdu.


Gecə günün qayğılarından sonra bizə istirahət gətirir! Güc qazanmaq üçün bir az yuxu çəkə bilirik, çünki sən-Gündüz gələndə dincəlməyə vaxtımız olmur - yeməklərimizə, harada yatacağımıza, ovçuların tələsinə necə düşməməyimizə, yırtıcılardan necə qorunacağımıza diqqət yetirməliyik!


- İnsanlar, deyin mənə Gecə nədir? - bu dəfə Gündüz insanlardan soruşdu.

 

- Gecə bizi ən gizli xəyalların gerçəkləşdiyi yuxular dünyasına aparır və ehtimal ki, xəyallarda daha uzun qalmaq istərdik, amma sən - Gündüz gəlirsən və biz-insanlar yalnız xəyallarla yaşaya bilməyəcəyimizi xatırlayırıq!

 

Gündüz öz-özünə düşündü!


- Nə qədər maraqlıdır, Gecəni heç görməmişəm və heç vaxt da görməyəcəyəm, amma indi onu çox yaxşı tanıyıram kimi bir hissim var! Əyər Gecəni yolumda rast gəldiklərimdən soruşmasaydım? - Heç vaxt Gecənin nə olduğunu bilə bilməzdim!