18.03.2014. İyunun 1-də Heydər Əliyev Sarayında Aleksey Rıbnikovun teatrı “Buratino” müziklini nümayiş etdirəcək.
Rusiya Federasiyasının Xalq Artisti Aleksey Rıbnikovun rəhbərliyi altında ərsəyə gələn “Buratino” müzikli yaşından asılı olmayaraq hər kəs üçün nəzərdə tutulan ailəvi tamaşadır.
Tamaşaçılar Aleksey Rıbnikovun məşhur kinofilmdəki sevilən və tanınan melodiyalarından zövq alacaqlar.
Hər kəs tərəfindən sevilən müzikl müasir üslubda səslənməyə də yiyələnsə də, həmişəki kimi geniş tamaşaçı üçün nəzərdə tutulur. Müziklin müəllifləri Aleksey Rıbnikov və şair Yuri Entindir.
18.03.2014