Bu maraqlıdır!

Dinozavrların nəsli bütün qitələrdə eyni vaxtda kəsilib

Şimali Amerikada tapılan daşlaşmış heyvan qalıqları Yer kürəsində dinozavrların nəslinin qəflətən kəsilməsinə asteroidin səbəb olması barədə nəzəriyyəni artıq təsdiq edib. İndi  isə alimlər Avropada da bunu əsaslandırıblar və belə bir qənaətə gəliblər ki, dinozavrlar  bütün Yer kürəsində eyni vaxtda və çox sürətlə qırılıb. 
 
İspaniya, Fransa, Rumıniya və digər ölkələrdə Tabaşir dövrünə ail  qədim  kələzlərin daşlaşmış qalıqları tapılıb.  Zoltan Çiki-Savanın rəhbərliyi ilə Buxarest Universitetinin  bir qrup tədqiqatçısı həmin tapıntıların müxtəlifliyinə və yaşına əsaslanaraq müəyyən edib ki, dinozavrların nəslinin qəflətən kəsilməsinə qədər onların populyasiyası çox böyük və müxtəlif olub.  
 
Məsələn, asteroid zərbəsindən bir neçə min il əvvəl  yırtıcı və otyeyən dinozavr növləri İspaniyanın Pireney yarımadasında və Fransa ərazisində  geniş yayılıb. Professor Zoltan Çiki-Savanın sözlərinə görə, söhbət Tabaşir dövrünün kontinental ekosistemlərinin təbiətinin, tərkibinin və təkamülünün  başa düşülməsindən gedəndə Avropa uzun müddət başqa qitələrin kölgəsində qalıb. Lakin son 25 ildə biliklərimizi zənginləşdirmək üçün böyük işlər görülüb. İndi biz dinozavrlar dövrünün  lap sonlarında onların həyatına dair  yeni kəşflərin  astanasındayıq.  Sirr deyildir ki, 66 milyon il əvvəl Yer kürəsinə asteroid düşüb və dinozavrların nəsli kəslilib.  Lakin bu əhvalatı  əsasən Şimali Amerika  ərazisində tapılan daşlaşmış dinozavr qalıqları təsdiq edib. İndi isə məlum olub ki, Şimali Amerikada olduğu kimi  Avropada da  dinozavrlar  asteroid zərbəsindən tələf olub.  Bu isə asteroidin dinozavrları bütün dünyada eyni vaxtda  məhv etdiyini göstərir. 
 
Nəzəri cəhətdən  asteroid  bir neçə milyon il əvvəl və ya sonra düşsəydi, dinozavrlar bu zərbəyə davam gətirə bilərdi.  Məsələ bundadır ki, dinozavrlar asteroidin düşməsindən və sonrakı  təbiət kataklizmlərindən  əvvəl növ müxtəlifliyinin azalması səbəbindən zəifləmişdi.