Xəbərlər

İtaliya muzeyləri uşaqlar üçün pulsuzdur

Bu xəbər  uşaqları ilə birlikdə İtaliyaya səyahət edən turistləri də sevindirəcəkdir. İndi  bu ölkənin  muzeylərinə  giriş  18 yaşınadək bütün uşaqlar üçün  pulsuz olacaqdır. 
Əvvəllər bu imtiyazdan yalnız  Avropa İttifaqı ölkələrindən  gəlmiş uşaqlar istifadə edirdilər.  Qalan uşaqlar üçün biletin qiyməti 8-15 avro təşkil edirdi.
Proqrama  İtaliyanın ən məşhur məkanları – Florensiyada Mediçi Kapellası, Uffitsi Qalereyası və Pitti sarayı, Roma və Venesiya  muzeyləri və bir çox digər muzeylər daxil edilmişdir.