Bu maraqlıdır!

Misir ehramları haqqında 40 maraqlı fakt

1. E. ə.  XXVII əsrdə tikilkmiş Coser ehramı — günümüzədək gəlib çatan ən qədim daş tikilidir. Onun artıq təxminən 4700 yaşı var.
 
2. Qədim Misirdə 138 ehram var, lakin onların çoxu dağıdılıb.
 
3. Misirdən başqa Sudan, Çin və Mərkəzi Amerikada da qədim ehramlara rast gəlinir.
 
4. Misir ehramlarının hər biri 20-30 ton ağırlığında olan qaya parçalarından tikilmişdir.
 
5. Gizanın üç piramidası Orion qurşağından olan üç ulduzun bir növ xəritəsidir və onlar nəinki nisbi mövqelərini dəqiq əks etdirir, həm də nisbi ölçüləri ilə böyüklüklərini xarakterizə edir.
 
6. Böyük Giza piramidası, yəni Xeops piramidası 3000 ildən çoxdur ki, Yer kürəsinin ən hündür strukturudur. Tikinti zamanı onun hündürlüyü 146,6 metrə çatmışdı.
 
7. "Nəhəng Ehram"ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.
 
8. Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. Üçbucağın yanlarının bir-birinə nisbəti isə 3X4 və 3X5-dir.
 
9. "Nəhəng Ehram"ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.
 
10. Xeops ehramının ikiqat hündürlüyünə bölünən perimetri (əvvəlki, cari deyil, çünki indi bir qədər aşağı enmişdir) riyaziyyatda böyük əhəmiyyət kəsb edən dəqiq “Pi” sayını verir.
 
 
11. Bir çox Misir ehramları əsrlər boyu karxana kimi istifadə olunduğundan tamamilə dağılmış, bəzilərinin qalıqları isə qismən günümüzə qədər gəlib çatmışdır.
 
12. İkinci ən yüksək Misir ehramı Hefren, Xeops ehramından cəmi 2 metr qısadır. 
 
13. Ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr "diaqram"ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir. Kölgələr "diaqram"ının daş lövhələr üzərindəki hərəkəti sayəsində bir günün 0.2419 zaman kəsimində ilin uzunluğunu hesablamaq mümkündür.
 
14. Qədim Misir ehramlarının ən böyüyü hər biri 2,5-2,7 milyon daş blokdan ibarətdir. Onların hər biri əl ilə hazırlanmış və döşənmişdir.
 
15. Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.
 
16. "Nəhəng Ehram"ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.
 
17. Misir ehramlarının tikintisində qullar deyil, azad insanlar işləyib və onlar öz zəhmətlərinin qarşılığını alıblar.
 
18. Bir neçə min il sonra Qədim Yunanıstanda kəşf olunsa da, qədim misirlilər ehramların tikintisi zamanı “Qızıl nisbət” (və ya Fi ədədi) prinsipindən fəal şəkildə istifadə ediblər ( riyaziyyat və incəsənətdə tətbiq olunur).
 
19. Bəzi insanlar bəzi yerüstü sivilizasiyaların əslində ehramlarıtikdiyinə inanırlar. Ancaq belə bir nəzəriyyə üçün heç bir sübut yoxdur.
 
20. Fironların məzarlarının lənətlənməsi ilə bağlı şayiələr, tapdıqları məzarları açdıqdan bir neçə il sonra vəfat edən ekspedisiyalardan birinin iştirakçıları ilə bağlıdır. Əslində, heç bir lənət yoxdur, sadəcə qapalı bir məzarda müxtəlif xəstəliklərin inkişafına səbəb ola biləcək və nəfəs yolu ilə orqanizmə keçən təhlükəli göbələklər və tozlar var.
 
21. Misir qanunlarına görə, ehramların içərisində hər hansı bir obyektin şəklini və videosunu çəkmək qadağandır.
 
22. Bütün Misir ehramları, məzarları talançılardan qorumaq məqsədilə  tələlərlə təchiz edilmişdir.
 
23. Məşhur mifdən fərqli olaraq, kosmosdan, yəni Yerə yaxın orbitdən Misir ehramlarını adi gözlə görmək mümkün deyil, bunun üçün çox kiçikdir.
 
24. “Şimal Ehramı” olaraq da bilinən “Çəhrayı Ehram”, üçüncü ən böyük ehramdır. Düzdür, o, həmişə çəhrayı deyildir, lakin batan Günəşin şüalarında belə bir işıq verir. Əvvəllər o, əhəngdaşı ilə örtülmüşdü, lakin minilliklər keçdikcə astarı uçdu. Onun həcmi 1,64 milyon m³-ə çatır.
 
25. Hündürlüyü 66 metr olan “Menkaure” ehramı Gizanın üç Misir piramidasından ən kiçiyidir, həcminə görə (250.000 m³) Xeops ehramından on dəfədən çox aşağıdır.
 
26. Firon I Senusertin uçuq-sökük ehramının yeraltı otaqları hələ də tədqiq edilməyib, çünki onlar su ilə doludur.
 
 
27. Fironların məzarları kimi xidmət edən bəzi Misir ehrahlarının yaxınlığında onların arvadları və digər qohumları üçün nəzərdə tutulmuş daha kiçik ehramlar var.
 
28. Ola bilsin ki, səhrada hələ də kəşf edilməmiş Misir ehramları var. Onların bəziləri o qədər dağıdılıb və qumla örtülüb ki, qazıntılar olmadan bunun təpə və ya qədim tikili qalıqları olduğunu müəyyən etmək çətindir.
 
29. Sınıq Piramida kimi də tanınan “Snofra” ehramı qeyri-standart forması ilə digərlərindən fərqlənir. Tarixçilər hesab edirlər ki, onun divarlarının maillik bucağı artıq tikinti prosesi zamanı, firon qəflətən vəfat edəndə dəyişdirilib və tikinti ən qısa zamanda başa çatdırılmalı olub.
 
30. Demək olar ki, bütün fironlar səltənətlərinin lap əvvəlində məzarları kimi xidmət etməli olan ehramlar tikməyə başlayıblar. Beləliklə, onlar gələcək haqqında düşünürdülər.
 
31. Misir ehramlarının heç də hamısı daş bloklardan tikilməyib. Məsələn “Qara” ehram əsasən bişməmiş kərpicdən tikilmişdir.
 
32. Əksər Misir ehramlarının üstündə inşaatçılar “piramidion” adlanan  yazılarla örtülmüş və ya bəzən qızıldan olan, piramidaya bənzər, bir daş parçası ucaldırdılar. Hər bir piramidionun meyl bucağı onun quraşdırıldığı ehram divarlarının meyl bucağına tam uyğundur.
 
33. Qara Piramidanı tikən firon III Amenemhat heç vaxt orada basdırılmamışdır. O, Havarda özünə başqa bir ehram tikdirmiş və orada dəfn edilmişdir.
 
34. Bəzi Misir ehramlarında məzar soyğunçularını çaşdırmaq üçün nəzərdə tutulmuş "doğru" və “yalançı” girişlər var. Yalançı girişlər adətən çox vaxt tələlərin qurulduğu dəhlizlərin mürəkkəb labirintindən keçən dalana aparır.
 
35. Havaradakı ehramın içərisində nəhəng bir daş blokdan oyulmuş bir məzar var və onun çəkisi 100 tondan artıqdır. Çox güman ki, yerində quraşdırıldıqdan sonra oyulub. Məhz burada yuxarıda adı çəkilən firon III Amenemhat dəfn edilib.
 
36. Bütün Misir piramidaları pilləli və adi olur. Ən qədimləri məhz pilləli olanlardır, lakin əksəriyyəti acınacaqlı vəziyyətdədir.
 
37. Xeops piramidasını təşkil edən blokların kütləsi 4 milyon tondan artıqdır.
 
38. Müasir alimlər hesab edirlər ki, hər bir fərdi piramidanın tikintisində iştirak edən işçilərin sayı 100.000 nəfəri keçə bilər.
 
39. XII əsrdə Əyyubilər sülaləsinin sultanlarından biri Misir ehramlarını dağıtmağa çalışsa da, miqyasına görə bu ideyadan əl çəkməli olub.
 
40. Əksər piramidaların içərisində dəfn kameraları yoxdur. Onlar fironun simvolu sayılaraq, onları tanrılara təqdim etmək məqsədilə tikilmişdir. Hökmdarların məbədləri isə Krallar Vadisində yerləşirdi.