Gözlənilməyən uğur
Bütün dünyada məşhur olan Harri Potter kitablar seriyası 1992-ci ildə yazılıb tamamlansa da yalnız 1995-ci ildə işıq üzü görmüşdü. Seriyanın birinci hissəsini yazdıqdan sonra müəllif Coan Roulinq uzun müddət əsəri dərc etdirə bilməmişdi. Nəşriyyatlar kitabın uğur qazanacağına şübhə edərək, onu çap etmək istəmirdilər.
Yalnız 1995-ci ildə “Bloomsberry” nəşriyyatı kitabı çap etməyə razılaşdı. Bu kiçik nəşriyyat əlyazmanı qəbul etdi və 1997-ci il iyunun 26-da “Hari Potter və fəlsəfə daşı” kitabı işıq üzü gördü. Kitabın nəşri ilə bağlı digər maraqlı fakt isə onun reklam edilməsi idi. Çünki nəşriyyatın kitabın uğurlu olacağına ümidi, kitabın müəllifi C.K.Roulinqin isə onu reklam etməyə pulu yox idi. Amma işə baxın ki, “Harri Potter və fəlsəfə daşı” qısa zaman ərzində ən çox satılan kitaba çevrildi. Bu həm müəllif, həm də nəşriyyat üçün tamamilə gözlənilməz hadisə oldu.
22.07.2013