Uşaqlarda istedadı necə üzə çıxarmaq olar
Hər bir valideyn övladının istedadlı olduğu anı görmək və bunu formalaşdırmaq istəyir. Uşaqların bəziləri diqqəti hansı sahəyə yönəlirsə, orada öz istedadını tapa bilir, bəziləri isə özündəki istedadı kəşf etmək üçün bir az daha çox axtarışda olur.
Uşaqların istedadını aşkara çıxarmaq və onu formalaşdırmaq üçün imkanlar gündən-günə artır. Keçmişdə sadəcə idman və musiqi dərnəklərində bu təsirlər mövcud idi, hazırda isə texnologiya, robot düzəltmə məkanlarında uşağın istedadını aşkar edən sahələr də mövcuddur. Uşaqlar bu cür dərnəklərə, kurslara qatılaraq özü özünü formalaşdıra bilər. Bu məqamda yenə də anlayışlı olmaq valideynlərin üzərinə düşür.
Sərbəst şəkildə oyun oynayarkən uşağı diqqətlə izləmək lazımdır. Onun hansı oyuncaqları seçdiyi və necə istifadə etdiyi artıq müəyyən mesajlar verir. Hər hansı bir kursa göndərilərkən uşaqdan istəyi soruşulmalı və onun istəyinə əsasən gedəcəyi sahə seçilməlidir. Valideynlərin maraq sahələri, seçdikləri peşələr onların genetik mirası məsələsində müəyyən fikirlər aşılayır. Lakin bu, uşağın valideynlə eyni sahəyə yönələcəyi anlamına gəlməz. Buna uyğun imkanlar tapar, lakin valideynin peşəsindən daha fərqli bir peşəyə yiyələnə bilər. Bundan başqa, uşağın maraq duyduğu oyunlardan fərqli olaraq əl bacarığını da nümayiş etdirəcək müəyyən rəsm əşyaları var ki, bu da onun istedadını ortaya qoyan bir məfhumdur. Həmçinin uşağın səhv etməsinə icazə vermək lazımdır. Çünki bu onun üçün müsbət haldır. Səhv etdiyi bir məqamdan sonra isə onu həvəsləndirmək inamlılıq hissi yaradır.