Şeirlər

Gülzar İbrahimova. Yazıq Ayı

Bal yeməkçün boz Ayı

Pətəyə çöp uzatdı.

Qəzəblənən Arılar,

Boz Ayını sancdılar.

İkisi qulaqlarından,

İkisi dodaqlarından,

Biri gonbul qarnından,

İkisi ayaqlarından.

De görüm yazıq Ayını

Neçə yerdən Arı sancdı?