Xəbərlər

Pantomima teatrı uşaqlar üçün tamaşalar göstərəcək

Bakı, 28 iyun, AZƏRTAC
 
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, iyul ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın iyul ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
 
3, 17 iyul – Bəxtiyar Xanızadə . “Fəlakət və insan” 
 
10 iyul - Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”

“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında nümayiş etdiriləcək. “Balaca şahzadə” tamaşası uşaqlarda dostluq münasibətlərinin qorunması fikirlərini aşılayır.
 
Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, yəni hərəkətin dili ilə istənilən duyğu və ya mövzunu izah etmək olar. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir. Tamaşalar saat 14:00-də başlayır.