Xəbərlər

Bakıda "Kids Fashion Show" keçiriləcək

Bakı, 3 may, AZƏRTAC
 
AZƏRTAC xəbər verir ki, “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə mayın 7-də “Jumeirah” otelində Gül Bayramına həsr olunmuş “Kids Fashion Show” yarışı keçiriləcək. Müsabiqədə 4-14 yaşlarında 84 model 28 modelyerin kolleksiyasından geyimlər nümayış etdirəcəklər.