Qayçının tarixi
İlk qayçının yaradılmasından min ildən artıq vaxt keçib. Bu, qoyunları qırxmaq üçün nəzərdə tutulmuş qayçı idi. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Onların tiyələri mərkəz ətrafında dönmürdü, yaylı lövhə ilə birləşdirilərək, sadəcə, əl ilə sıxılırdı.
Sonralar sənətkarlar iki bıçağı mismarın köməyi ilə birləşdirib, onların dəstəyini isə üzük formasında əydilər. Qayçı belə yarandı. Qayçını dəmirdən, poladdan, gümüşdən hazırlayırdılar, qiymətli metalla bəzəyirdilər. Qayçının əsas işlək pissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Bəzən həddən artıq olan bəzəklər bu alətdən istifadə etməyə maneçilik törədirdi.
Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir. Metaldan hazırlanmış təbəqə və zolaq materiallar, borular, fasonlu prokat profillər və s. daha güclü maşınlarda kəsilir.
Maşın qayçısı elektrik (daha çox işlədilir), hidravlik, yaxud pnevmatik intiqallı, həmçinin köməkçi mexanizmləri olan avadanlıqdır.
27.05.2021