
Bakı, 11 may, AZƏRTAC
“Boston Dynamics” şirkəti “Atlas” insanabənzər robotunun yeni imkanlarını nümayiş etdirən növbəti videoçarxını təqdim edib.
AZƏRTAC-ın xarici KİV-lərə istinadla məlumatına görə, bir il yarım əvvəl “Atlas” bir ayağı üstə tarazlığı saxlamağı öyrənib. Payızda isə o, ictimaiyyətə arxaya salto tullanmaq bacarığını nümayiş etdirib.
İndi də “Atlas” hamar olmayan səthlə qaçmağı və maneələrdən tullanmağı bacarır.
Çox güman ki, robototexnikanın inkişafı ilə 10 ildən sonra buna bənzər videoçarxlar insanlarda gülüş yaradacaq. Ancaq hazırda onlar olduqca təsiredici görünür.
10.05.2018