Bu maraqlıdır!

Niyə hər bir adam başqasından fərqlənir?

Baxmayaraq ki, biz öz qohumlarımıza oxşayırıq, amma hər bir adam başqasından fərqlənir. Fərq xarici görünüşündə (boyu, forması, gözlərinin və saçlarının rəngi və s.) xasiyyətində, inkişafında və hərəkətlərində hiss olunur. Bu fərqlənmənin səbəbi də genlərdir, axı hər bir kəs ancaq ona məxsus nadir ata və anasından irsən alınmış genetik əlamətlər toplusuna malikdir. Bundan başqa, bu fərqlənmə ona görə baş verir ki, onlar müxtəlif ailələrdə tərbiyə alır və fərqli şəraitlərdə yaşayırlar.