Təbiət

Bayılan keçi

Miyotonik keçilər və ya tez -tez onlara el arasında "bayılan keçilər" deyilir, genetik xəstəliyi olan, nadir Amerika keçisidir. Maraqlıdır ki, heç kim qəribə genin bu keçilərə haradan gəldiyini dəqiq bilmir. Bu keçi növü haqqında ilk məlumat 1880-ci ilə aiddir. Bu məlumatda, ilk 4 miyotonik keçini Tenesi ştatına gətirərək yerli bir fermerə satan Tinsli adlı bir fermerdən bəhs edilir.

 

Miyotonik keçilərin əsas xüsusiyyəti - qorxu kimi bəzi ani faktorlara son dərəcə qeyri-adi reaksiya verməsidir. Bu vəziyyətdə, keçilər sözün əsl mənasında "huşunu itirərək bayılırlar", ayaqları və bütün əzələləri sanki sərtləşir, ağaca dönür (elmi şəkildə əzələ iflici). Təbii ki, bu vəziyyətdə heyvan ayaq üstə dayana bilmir ya beli üstə, ya da yan tərəfə yıxılır. Bu da qıraqdan olduqca gülməli görünür.

 

Yeri gəlmişkən, qorxu bu keçilər üçün huşunu itirməyə səbəb olan yeganə faktor deyil;  cazibədar əks cins və ya çox miqdarda dadlı yemək də onlara təsir edir.

 

Xüsusi miyotonik gen irsi keçir və hər ikinci nəsildə özünü göstərir. 

 

Orta hesabla bir miyotonik keçi adi qohumlarından 35-40% daha iri və ətlidir.

 

Bəzi heyvandarlar "əsəbi keçi"ni insanlıqdan uzaq bir şəkildə istifadə edirdilər: belə ki, adi keçi və ya qoyun sürüsünə bir dənə bayılan keçi əlavə edərək sürünü yırtıcıların kəskin dişlərindən xilas edirdilər. Sürü, yırtıcılar tərəfindən hücuma məruz qaldıqda, bütün qoyunlar müxtəlif istiqamətlərə qaçır və əlbəttə ki, bu növ keçi yerində qalaraq bayılır və yırtıcı heyvan tərəfindən yeyilir, sürünün qalan hissəsi isə toxunulmaz qalır.

 

Bu keçilər, vətənləri sayılan ABŞ-da, fərqli ləqəbə sahibdirlər. Ən çox yayılmış ad "odun keçilər"dir, bir az daha az məşhur ləqəbləri isə "əsəbi" və ya "sərt ayaqlı"dır.