Ələmdar Quluzadə. Tap edəni tapmıram
Lap topu da sevirlər,
Lap gopu da sevirlər.
Topu gopa basırlar,
Gopu topa tuturlar.
İpi sapa bağlayıb
Topa-topa tuturlar.
Pəri ilə Pirinin
Piri ilə Pərinin
Biri tapmaca deyir,
Biri atmaca deyir:
- Tap görüm, gop edən nə?
Tap görüm, tap edən nə?
Tap görüm, hopp edən nə?
- Hopp edəni tapmıram,
Tapp edəni tapmıram,
Tapımmı gop edən nə?
03.07.2021