Xəbərlər

“Məktəbdə...” layihəsində növbəti görüş

“Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 20-də Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Ramiz Rövşən olacaq.

 

Görüşdə şəxsiyyətin formalaşmasında məktəb və müəllimin rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər, mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.