Xəbərlər

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür. 

 

Beynəlxalq Uşaq Televiziya və Radio Günü çox işıqlı və xeyirxah bayramlardan biridir. Həmin bayram hamımızı kiçik, amma sevimli teleseyrçilərimizi unutmamağa, yaşlılara isə nə vaxtsa uşaq olduqlarını xatırlatmağa səsləyir. Xatırladaq ki, bu bayram gününü BMT-nin Uşaq Fondu (YUNİSEF) 1994-cü ilin aprelində Kann şəhərində elan edib. O zamandan hər ildekabrın ikinci bazar günü dünyanın bütün aparıcı teleradio şirkətləri efiri uşaqların və uşaq verilişlərinin ixtiyarına verir.