Bu maraqlıdır!

Enerji sərfiyyatını azaltmaq olarmı?

Hər dəfə işığı yandıranda və ya elektrik cihazlarından istifadə edəndə biz enerjidən istifadə edirik. Vaxt keçdikcə insanların enerjiyə təlabatı daha çox artır. Tərəqqi davam edir, onunla bərabər enerjiyə olan təlabat artır. Texniki cəhətdən daha çox inkişaf etmiş dövlətlərdə çox böyük miqdarda enerji boş yerə sərf olunur. Baxmayaraq ki, ümumi nəqliyyat daha sərfəlidir. Yenə də ehtiyac olmadan insanlar öz avtomobillərindən istifadə edirlər. İşıqdan, qızdırıcılardan və kondinsionerlərdən istifadə edərkən israfçılığa yol verirlər. Əgər əhali, sənaye və dövlət enerjiyə qənaət edilməsi işlərini yerinə yetirsə, bu qədər yersiz enerji israfçılığının qarşısını almaq olar. 


Enerjiyə sadə vasitələrlə qənaət etmək olar:bir dənə lampadan artıq yandırmamaq, eyni vaxtda bir neçə elektrik cihazını (televizor, kompüter, maqnitofon...) qoşulu saxlamamq və s. Qənaətin daha asan bir üsulu soyudulmuş və ya qızdırılmış havanın itkisinin qarşısının alınması üçün pəncərə aralarının doldurulması, həmçinin daha zəif gücə malik lampalardan istifadə edilməsidir.