Yumor

Şirinbalanın cavabı

Həyat bilgisi dərsində müəllim Şirinbaladan soruşdu:

 

— Yer planetinə Ay yaxındır, yoxsa Günəş?

 

Şirinbala bir neçə saniyə gözünü döyəndən sonra dedi:

 

— Əlbəttə, Günəş.

 

— Bunu necə izah edə bilərsən?

 

— Çox asan. Günəşin istisi bizi yandırır, Ayınkı isə yox.