Görkəmli şəxsiyyətlər

Uşaq yazarı Mariya Qripe

Uşaqlar və gənclər üçün yazılmış 38 maraqlı kitabın müəllifi, tanınmış İsveç yazıçısı Mariya Kristina Qripe (1923-2007)  - dünya uşaq ədəbiyyatı tarixinin ən önəmli simalarından biridir. O, həm İsveçdə, həm də xaricdə çoxsaylı ədəbi mükafatlara, o cümlədən Hans Kristian Andersen mükafatına layiq görülüb. Onun kitabları 29 dilə tərcümə olunub.

 

Qripe uşaq ikən qardaş və bacılarına öz yazdığı nağılları danışır, yeniyetməlik illərində isə şeirlər yazmağa başlayır. Yazıçı məhz qızı Kamilla dünyaya gələndən sonra ədəbiyyatla ciddi məşğul olmağa başlayır və ilk kitablarını ona həsr edir.

 

Mariya Qripe ilk olaraq 1954-cü ildə «Bizim şəhər» hekayəsi (1954-cü ildə nəşr olunub) ilə ədəbiyyata atılıb və 1961, 1962 və 1966-cı illərdə nəşr olunan «Hüqo» və «Yusefin”»(“Josefin” 1961, “Hugo och Josefin” 1962 və “Hüqo” 1966 - oğlanla qızın dərin dostluğundan bəhs edən hekayələr silsiləsidir) haqqında trilogiya ilə əsl ədəbi uğura imza atıb. Bunun ardınca Qripe bir sıra nağıl və poetik əsərlər qələmə alıb.  1960-cı illərin əvvəllərində tənha və inadkar bir qız haqqında “Pappa Pellerins dotter” romanı, daha sonra “Şüşə üfürənin uşaqları" poetik romanı ərsiyyə gəlib.

 

1970-ci illərin əvvəllərində Mariya Qripe Elvis haqqında beş kitab nəşr edib. Hekayələr anasının kumiri olan Elvis Preslinin adını daşıyan və onun ümidlərini doğrultmaqda çox çətinlik çəkən bir oğlan haqqındadır. Elvis Karlsson - İsveç uşaq ədəbiyyatının klassik personajıdır. Elvis haqqında kitablar Mariyanın əri Harald Gripe tərəfindən təsvir edilib. Demək olar ki, Mariyanın bütün kitabları əri, rəssam Harald Gripe tərəfindən təsvir edilib.

 

1978-ci ildə Mariya Qripe, Edqar Allan Po və Şarlotta və Emiliya Bronte bacılarının əsərlərindən ilhamlanaraq, daha sonra ona böyük uğur qazandıran və haqqında film çəkilən “Peyin böcəyi toran vaxtı uçur” (1978-ci il) romanını ərsiyyə gəlib.

 

Mariya Qripenin ilk kitabları sadə nağıllardan ibarətdir (burada sadə və başa düşülən hadisələr baş verir), lakin 1970-ci illərin sonlarından başlayaraq əsərlərində mistik obrazlar görünməyə başladı. Qripe, mistik realizm janrında aşağıdakı romanlar yazmışdır: “Sesiliya Aqnes. Qəribə hekayə”, “Daş skamyada kölgə”, “...Və meşədə ağ kölgələr”, “Kölgələrin uşaqları” və “Kölgələrin anbarı” tetralogiyası.

 

Kölgələr və alaqaranlıq obrazı, eləcə də meşə obrazı 1970-1980-ci illərin sonuna kimi Qripenin kitablarında daima görünür. O, böyümək problemlərindən və ailə sirlərindən getdikcə daha çox danışır, süjetlər daha müəmmalı, bəzən detektiv olur. Mariya Qripe o vaxt Uşaq Filmləri üzrə Dövlət Şurasının üzvü idi, burada uşaqlar üçün film istehsalında çətinliklər yaranırdı. Məhz Mariyanın əsrarəngiz hekayələri bu mübahisələrə bir növ cavab oldu - yeniyetmələr üçün kitablarda Qripe qanlı səhnələrə əl atmadan gərgin və maraqlı atmosfer yaratdı.

 

Mariya Qripenin kitabları dünyanın 29 dilinə tərcümə olunub, Almaniya, İngiltərə, Danimarka, Finlandiya, Yaponiya, Çin, Litva, Latviya, Polşa, İslandiya, Hollandiya, İspaniya, Fransa, Yunanıstan, İsrail, Rusiyada oxunur. ...O, həm İsveçdə, həm də xaricdə bir çox ədəbi mükafatlara, o cümlədən Mariya Qripin özünün və atasının sevimli yazıçısı Hans Kristian Andersen mükafatına layiq görülüb. 2005-ci ildə hələ Mariya Qripin sağlığında "Bonnier Carlsen" nəşriyyat holdinqi, onun adına ədəbi mükafat təsis edib.

 

Mariya Qripe 5 aprel 2007-ci ildə 83 yaşında vəfat edib.