Bu maraqlıdır!

“Lanqkavi” səma körpüsü

Lanqkavi səma körpüsü (Langkawi Sky Bridge) — Dünyanın ən yüksək və bir dayaqlı körpüsüdür. Körpü Malayziyada Qanqun Mat Çinçanq dağının zirvəsində, dəniz səviyyəsindən 2300 fut hündürlükdə yerləşir. 


Körpü 2004-cü ildə tikilib, ziyarət üçün isə 2005-ci ildən istifadəyə verilib. Körpü ağır metaldan olan sadəcə bir dayağın üzərində dayanır.


Körpüyə çıxmaq üçün funikulyordan istifadə edirlər. Faktiki olaraq o, uçurum üzərindədir, aşağıdan heç bir dayağın olmaması körpünün insanın üzərinə gəlməsi illüziyası yaradır. Küləkli günlərdə bu illüziya daha da güclənir. Körpünün uzunluğu 125m, eni 1,8m-dir və Qanunq dağının iki zirvəsini birləşdirir.


Körpüdən dağlar, tropik bitkilər, yaxın göy üzü və yaxınlıqdakı dənizə gözəl mənzərə açılır. Xüsusi lift ilə dağa qalxan turistlər tropik meşələri və Malayziyanın ən gözəl dağ mənzərələrini seyr edə bilirlər.


Lanqkavi körpüsünü müasir möcüzə adlandırırlar.


Landkawi Sky Bridge dünyanın ən qəribə asma körpülərinin siyahısına daxildir və onun tikintisi də qeyri-adi olub. Körpünün bütün hissələri əvvəlcə vertolyotla dağın başına qaldırılıb, sonra isə yerində yığılıb və kanatla möhkəmləndirilib. Kanat yolunun ümumi uzunluğu 2,2km olmaqla iki hissədən ibarətdir. 


Körpüyə qalxmaq təxminən 20 dəqiqə çəkir.