Xəbərlər

“Sehrli top” filminin nümayişi olacaq

Oktyabrın 9-da “Yarat” uşaqları “Mom&Kids” və “QN Uşaq Məktəbi”nin birgə layihəsi olan, gənc aktyorların iştirakı ilə çəkilmiş “Sehrli top” filminin premyerasına dəvət edir.


AZƏRTAC xəbər verir ki, film həqiqi dostluq haqqındadır, həmçinin ekran əsəri uşaqların fantastik macəralarından və onların sevimli qəhrəmanlarına çevrilməsindən bəhs edir. 


Saat 19:00-da başlayacaq filmin müddəti 30 dəqiqədir. 


Qeyd edək ki, giriş sərbəstdir.