
Bakı, 23 fevral, AZƏRTAC. Martın 18-də başlayaraq Bakı Dövlət Sirkində rusiyalı sirk ustaları “Gepardlar adası” adlı yeni proqramı təqdim edəcək.
Moskva Böyük Sirkinin bu proqramı “Dünyanın yeganə bəbirlər attraksionu”, “Kenqurunun məhəbbəti”, “Möhtəşəm illüziya şousu”, “Əhliləşdirilmiş heyvanlar”, “Hava şarında gəzinti”, “Halqalarla rəqs” və digər nömrələrdən ibarətdir.
Proqram Novruz bayramı günlərində fasiləsiz olaraq bir neçə dəfə nümayiş olunacaq.
Biletləri hər gün Bakı Dövlət Sirkinin kassalarından səhər saat 10-dan axşam 8-dək əldə etmək olar.
23.02.2016