Bu maraqlıdır!

Dünyanın ən yüngül bərk maddəsi-Aerogel

Aerogel, bir maddə içərisindəki maye tərkibin hava ilə dəyişdirilmiş qatı formasıdır. Duman kimi görünməsi, şəffaf maye və işığı keçirən incə quruluşunun olmasına görə “donmuş duman, mavi duman, bərk duman, bərk hava, bərk bulud” da adlandırılır. Aerogel ilk dəfə 1931-ci ildə Stiven Kistler (Samuel Stephens Kistler) tərəfından yaradılıb. Çarlz Lond (Charles Learned) ilə “maddədəki” mayenin sıxılmağa səbəb olmadan qazla kimin dəyişdirə biləcəyi üzərində bir mərcə girmişlər.


Aerogelin səthi milyonlarca dəlikdən ibarət olub, süngərə bənzəyir. Tərkibi 99.8% havadan ibarətdir. Aerogel bilinən köpüklərdən və izolyasiya edilmiş maddələrdən daha üstün xüsusiyyətlərə malikdir. Belə ki, oksigen vasitəsilə birbaşa verilən alovu belə izolə edə bilən maddədir. 

 

Ən təkmilləşmiş şüşə lif izolyasiya materialından 39 dəfə çox izolyasiya qabiliyyətinə malikdir. Aerogel müxtəlif elmi araşdırmalarda- tibbdə, kosmetika və bir çox sahələrdə həmçinin NASA tədqiqatlarında istifadə edilən silika (qum) əsaslı bərk məmulatdır. Başqa bir silika əsaslı maddə olan şüşə ilə müqayisədə, aerogel 1000 dəfə daha çox sıx və dəlikli quruluşa sahibdir. Dəliklər millimetrənin milyardda biri qədər böyüklükdədir, tor kimi materialın içini əhatə edir. Dəliklərin ətrafı başqa bir məmulatla örtülüdür. Stiven Kistler silika məmulatından başqa müxtəlif metal oksidləri (aliminium, xrom, qalay oksidləri) ilə də aerogel istehsal etmişdir. Karbon əsaslı aerogellər ilk dəfə 1980-ci illərin sonlarında istehsal edilib.

 

Aerogellər silika əsaslı maye gelin yüksək temperatur və təzyiq altında əvvəlcədən müəyyən edilmiş kritik  dərəcəyə qədər qurudulması ilə əldə edilir. NASA-ya məxsus Jet Propulsion Laboratoriyalarında istehsal olunan aerogellərin sıxlığı demək olar ki, havanın sıxlığına bərabərdir. Yaxın zamanda NASA tərəfindən saflaşdırılaraq dünyanın ən yüngül bərk maddəsi kimi qiymətləndirilib və Ginnesin Rekordlar Kitabına məlum olan ən yüngül bərk maddə kimi daxil olub. Xüsusi çəkisi 0.00011 olan (havanın xüsusi çəkisi – 0.0004-dür) aerogel görünüşünə görə bir yerdə toplanaraq dondurulmuş şəffaf və çəkisiz dumana bənzəməsinə baxmayaraq olduqca bərk maddədir. Aerogellər öz çəkilərindən minlərcə dəfə böyük ağırlığa dözümlüdür, ancaq qırılqan olduqlarından kiçik zərbələrlə qırıla bilirlər.