Təbiət

Dünyanın qeyri-adi ağacı

Cənubi Afrikada qeyri-adi ağac böyüyür, yerli əhali onu "Qan ağacı" (bloodwood) adlandırır, çünki ağacın kəsilmiş gövdəsindən qırmızı rəngdə qanı xatırladan ağac qatranı axır. 


Ağac Kiaat, Mukwa və Muninga kimi müxtəlif adlarla da tanınılır. 


Bu növün elmi adı Pterocarpus Angolensisdir. Yapışqan, qırmızı-qəhvəyi su agacın zədələnmiş hissəsini mühasirəyə alır və şəfa verir. Bu ağacın qatranı təbii boya kimi istifadə olunur.