Bu maraqlıdır!

HARMONİYA

“Harmoniya” sözü bizim dilimizə yunan dilindən gəlmişdir və bir neçə məna daşıyır: rabitə, uyğunluq, ahənglik, yekdillik və s. Daha dəqiq desək, bu sözün dərin mənası var – “həmahənglik”.
Harada həmahənglik var, orada harmoniya var. Bunsuz yaradıcılıq sevinci  hiss olunmaz, görülən işin nəticəsindən zövq almaq  və göylərə qaxmaq  mümkün olmaz. Yaradıcılıq və harmoniya bir-birindən ayrılmazdırlar.

 


Biz istəyirik ki, öz əllərimiz ilə gildən, qumdan, kağızdan, ağacdan nə isə yaradaq. Yaratdığımız əşyanın bütün ölçüləri düz gəldikdə, heç bir əyriliyi olmayanda, heç nə nəzərdə tutulduğundan artıq olmayanda ondan razı qalırıq. Nə vaxt ki, hər şey bir-biri ilə bağlı olur, yaratdığın işdən zövq alırsan, gördüyün işə heyran olursan, bu zaman əhvalın çox gözəl olur. Deməli, harmoniya gözəllikdir.
Biz harmoniyanı ən çox musiqidə, poeziyada hiss edirik. Əbəs yerə arxitekturanı musiqidə donmuş adlandırmırlar.  

 


Hər birimiz hiss etmişik ki, hərdən bizim əhval-ruhiyyəmiz ətraf mühitdən asılı olur. Əgər yağış yağırsa, pis havadır  və biz kədərlənirik, birdən günəş çıxır, hər şey üzümüzə gülümsəyir və adam şadlanır, könlü açılır. Yaxud da biz istəməyərəkdən kimisə incitsək, əzab çəkirik, rahatlıq tapmırıq, bizi heç nə sevindirmir. Hər şey öz axarında, həmahəng olanda, həm özü ilə, həm də bütün aləmlə harmoniyada yaşayır.
Həyatımızda bizi əhatə edən hər şey qeyri-adi dərəcədə bir-biri bağlıdır və biz bir-birimizdən və ətrafımızdakı hər şeydən asılıyıq.