Məstan Günər. Ağıllı sözlər
Söhbət uzandı evdə bir qədər.
Qəribə sözlər eşitdi Ənvər.
Nənə: - Küyçüdən dedi, kənar gəz.
Ayaq tutsa da yalan yeriməz.
Baba söylədi: - Özün ək, özün becər.
Yel ilə gələn, sel ilə gedər.
Ana da gəldi qonşu otaqdan:
- Aralı düşməz alma budaqdan...
Ata ona nə söylədi görək:
- Su gələn arxdan bir də gələcək.
Ağıllı sözlər eşitdi Ənvər,
Nə desin indi buna bərabər?!
04.01.2021