Şeirlər

Allahşükür Ağa. Çay düşüb

Çox qəribə uşaqdı

Bizim dəcəl Mirbəşir.

Harda sarı görürsə,

Deyir, göydən ay düşüb.

 

 

Axşam yağış yağanda,

Yaman təşvişə düşüb.

Həyətdə sel axırmış

Deyir, göydən çay düşüb.