Təbiət

Yeriyən yarpaq - Yarpaq böcəkləri

Canlı təbiətin ən qəribə varlıqlarından biri də Yarpaq böcəyi və ya Yeriyən yarpaqdər (leaf insects, walking leaves). Tam bir kamuflyaj ustası olan böcəklərin elmi adı 'phyllium Messelensis'dir. İlk dəfə, XV-ci əsrdə portuqaliyalı Ferdinand Maqellanla birlikdə Hindistana səyahət edən alim Antonio Piqafetta tərəfindən sənədləndirilmişdir. O, bu böcəkləri belə təsvir etmişdir:

“Burada müəyyən ağaclardan yarpaqlar tökülür. Tökülən yarpaqlar canlanır və yeriməyə başlayır. Tut ağacının yarpaqlarına bənzəyir amma elə də uzun deyil. Yarğaq kimi saplağı var. Saplağın kənarlarında isə iki ayağı var. Toxunduqda qaçırlar. Əzdikdə qan çıxmır. Birini 9 gün qutuda saxladım. Qutunu açdıqda qutudan çıxdı. Açıq havada yaşadıqlarına inanıram”. 


Yarpaq böcəkləri Cənub, Cənub-qərbi Asiyadan Avstraliyaya qədər ərazilərdə rast gəlinir. Hal-hazırda qrupun təsnifatlandırılmasına aid fikir yoxdur, ancaq ümumiyyətlə “Phylliidae” ailəsi kimi qəbul edilir. Dişilərdə boy 10 sm, erkəklərdə isə 6 smdir. Düşmənlərdən qorunmaq üçün ağac yarpaqlarını təqlid edirlər. Əsasən yaşıl rəngdə olurlar ancaq müxtəlif yarpaqların rəngini də alırlar. Onun qüsursuz kamuflyaj xüsusiyyəti ilk dəfə Almaniyada tapılan yarpaq böcəyi qalıqları vasitəsilə kəşf edilmişdir. Kamuflaj xüsusiyyəti o qədər güclüdür ki, yarpaq xəstəlikləri, ləkələrinə və hətta külək zamanı zədələnmiş yarpaq formalarını belə alırlar. 47 milyon ildir ki, dünyada yaşayırlar.