Şeirlər

Zahid Xəlil. Hasardakı quşlar

Təbaşir tapıb bir az,
Həyətə çıxdı Solmaz.
Taxta hasarın üstə
Quş çəkdi dəstə-dəstə.
Bir azdan göy tutuldu,
Yağış yağdı o qədər...
Hasarın üstdən daha
Quşlar uçub getdilər.