Yumurta üçün karton qablar necə yaranıb
1911-ci ildə qəzetdə müxbir işləyən kanadalı Cozef Koyl kafe sahibi və fermer arasında yumurtaların içində çoxlu sınmışların olması üstündə mübahisənin şahidi olur. Yumurta gətirən fermer səbəb kimi yolların pis olmasını gətirirdi. O vaxt yumurtaları qutu və ya səbətlərdə, aralarına parça, kağız və ya ağac ovuntusu tökməklə daşıyırdılar. Koyl kartondan yumurta qabları düzəldir və onu fermerlərə satmağa başlayır.
Əvvəlcə bu işə bir xobbi kimi yanaşan Cozef Koyl 1919-cu ildə qəzetdəki işini ataraq yumurta üçün karton qablar istehsal edərək biznesmenə çevrilir.
İlk laboratoriyasını Vankuverdə açan Koyl tezliklə tələbata görə Los-Ancelesə köçməli olur. Təhlükəsiz karton qablar tezliklə bütün Amerika və Avropaya yayılmağa başlayır. 1920-ci ildə Nyu-Yorkdakı zavodda 200 milyondan çox karton qab istehsal edilir. Cozef Koyl daha sonra kibrit qabları və meyvə yığmaq üçün karton qablar ixtira edir. 1940-cı ildə karton qabları təkmilləşmiş yeni versiya ilə əvəz edir.
19.02.2019