Xəbərlər

Dram teatrda uşaqlar üçün tamaşalar göstəriləcək

30.10.2013. Azərbaycan Dövlət Milli Dram Teatrının repertuarında uşaqlar üçün də tamaşalar nəzərdə tutulub.

Noyabrın 3, 10, 17 və 24-də Abdulla Şaiqin “Danışan gəlincik”, ayın 9 və 30-da isə Süleyman Sani Axundovun  eyniadlı hekayəsi əsasında Abdulla Şaiqin səhnələşdirdiyi “Qaraca qız” tamaşası nümayiş etdiriləcək.

Hər iki tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Loğman Kərimovdur.

Səhnə əsərləri uşaqlara dostluğu qorumaq, sədaqətli, ürəyi açıq olmaq kimi hissləri aşılayır.