Nağıllar, hekayələr

"Manqo ağacı" ibrətamiz hekayə

Çox uzun illər əvvəl bir manqo ağacı yaşayırdı. Balaca bir oğlan hər gün onun ətrafına gəlib oynamağı sevirdi. O, ağacın başına çıxır, meyvələrindən yeyir və kölgəsində bir az yuxulayardı. O, ağacı, ağac da onunla oynamağı sevirdi.


Vaxt keçdi........balaca oğlan böyüdü. O, bir daha ağacın yanına gəlib oynamırdı. Bir gün oğlan üzündə kədərlə ağacın yanına gəldi.
Ağac: gəl mənimlə oyna 
Kişi: Mən artıq uşaq deyiləm, daha ağacın ətrafında oynamıram, oğlan dedi. Mənə oyuncaq lazımdır, ancaq onu almaq üçün də pulum yoxdur.
Ağac: Bağışla mənim pulum yoxdu....ancaq sən mənim bütün meyvələrimi toplayıb sata bilərsən, onda pulun olacaq 
Oğlan çox sevincli idi. O, ağacın bütün meyvələrini topladı və sevinə-sevinə oranı tərk etdi. Oğlan bir də geri qayıtmadı. Ağac çox qəmgin idi.
Oğlan artıq böyümüşdü. Bir gün ağacın yanına gəldi. Ağac çox sevinirdi.
Ağac: Gəl mənimlə oyna
Kişi: Mənim oynamağa vaxtım yoxdu. Mən ailəm üçün işləyib ev almalıyam. Mənə kömək edə bilərsən?, deyə oğlan soruşdu.
Ağac: Bağışla mənim evim yoxdu......ancaq sən mənim budaqlarımı kəsib ondan ev tikə bilərsən
Beləliklə kişi ağacın bütün budaqlarını kəsib oranı sevinclə tərk etdi. Ağac onu xoşbəxt görməyə çox sevinirdi, ancaq oğlan yenə də geri qayıtmadı. Ağac yenə tək və qəmgin qaldı.


Bir gün isti yay günündə oğlan ağacın yanına gəldi. Ağac çox sevinirdi.


Ağac oğlana gəl mənimlə oyna dedi.
- Mən çox hüzünlüyəm və getdikcə də qocalıram. Dəniz səyahətinə çıxıb istirahət etmək istəyirəm. Ancaq qayığım yoxdu", - deyə kişi söylədi.
- Sən qayıq hazırlamaq üçün mənim gövdəmdən istifadə edə bilərsən. Beləlikə sən səyahətə çıxarsan və xoşbəxt olarsan", ağac dedi.
Kişi ağacın gövdəsin kəsib ondan qayıq hazırladı və istirahətə getdi, ancaq uzun müddət geri qayıtmadı.


Nəhayət, bir gün kişi uzun illərdən sonra geri qayıtdı.


Ağac: Bağışla, artıq mənim sənin üçün heç nəyim yoxdu. Artıq manqo da yoxdu      
Kişi: Mənim də yeməyə dişim yoxdu
Ağac: Artıq gövdəm də yoxdu, dırmaşmağın üçün
Kişi: Mən artıq onun üçün çox qocayam
Ağac: Həqiqətən sənin üçün artıq heç nəyim yoxdu.......yalnız ölmək üzrə olan köklərim var
Kişi: Mənə dincəlmək üçün bir yer lazımdır. Mən bütün bu illərdən sonra çox yorğunam
Ağac: "Əla! Qoca ağacın köklərindən yaxşı yer tapa bilməzsən dincəlmək üçün. Gəl otur istirahətini et.
Kişi oturdu, ağac bundan çox məmnun oldu və gülümsədi.


Bu ibrətamiz hekayədə ağac bizim valideynlərimizi əks etdirir. Biz balaca olanda onlarla oynamağı sevirik. Böyüyəndə onları tərk edirik və birdə köməyə ehtiyacımız olanda yanlarına qayıdırıq. Valideynlər bizim gələcəyimizin yaxşı olması üçün hər şey edir.