Uşaqları başına toplayan bəstəkar musiqi qrupuna yeni üzvlər yığır
Azərbaycanda uşaq musiqi qruplarının sayı azdır. Bəstəkar Ülviyyə Vəliyevanın son illərdə yaratdığı “Butterflies”, “Little police”, “Flowers” pop qrupları uşaq musiqi qruplarına olan ehtiyacı müəyyən qədər ödəyə bilib. Lakin bu qrupların üzvləri artıq yetkinlik yaşına çatıblar. Ülviyyə Vəliyeva qrupların fəaliyyətini dayandırmaq istəmir. Buna görə də, respublikada musiqi duyumu olan istedadlı uşaqları toplayaraq qruplara yeni üzvlər yığmaq qərarına gəlib.
Özünə güvənən, musiqi istedadı olan uşaqlar [email protected] elektron ünvanına özləri haqqında məlumat göndərə bilərlər. Yaş həddi 6-14 arasıdır.
Qeyd edək ki, “Butterflies” qrupu geniş repertuarı, solo konsertləri ilə qısa zamanda böyük rəğbət qazanıb. Qrupun rəhbəri bu ənənəni yüksələn xətlə davam etdirmək istəyir. Əziz uşaqlar, əgər siz musiqi sahəsində özünüzü istedadlı hesab edirsinizsə, yaxud yaxınlarınızdan kiminsə musiqi bacarığı varsa, mütləq Ülviyyə xanıma müraciət edin! Ola bilər ki, bu, sizin musiqi karyeranızın başlanğıcı olsun.
18.07.2013