Bu maraqlıdır!

Hər 3000 ildən bir çiçək açan gül: Yutan Poluo

Yutan Poluo - ölçüsü 1 mm olan kiçik və zərif çiçəkdir. Dünyanın ən nadir çiçəyi sayılır. Adı "göydən gələn xeyirli çiçək" kimi tərcümə olunur. Yutan Poluonun digər adı – UDUMBARA- dır. Rəvayətə görə, hər 3000 ildən bir çiçək açır.

 

Bu çiçək torpağda deyil, möhkəm səth (hətta dəmir) üzərində böyüyür. Belə ki, 1997-ci ildə Yutan Poluo Cənubi Koreyadakı bir məbəddə Budda heykəlinin üstündə çiçək açıb. Bu, son tarixdə ilk dəfə əfsanəvi çiçəyin görülməsi olub.

 

İnsan saçından da daha incə udumbara saplarının üzərində ağ və ətirli çiçəklər açır.

 

Nadir çiçək olduğuna görə, mütəxəssislər çiçək barəsində tam məlumata sahib deyillər. Çiçəyin hələ elmi adı belə yoxdur.

 

Bu heyrətamiz çiçəyi ilk dəfə kəşf edən şəxs isə Dinq adlı Çinli bir fermer olub. Onu metal borular üzərində aşkar edib. Daha sonra isə bir rahibə paltaryuyan maşınının altında Yutan Poluo çiçəyinin açdığını görüb.

 

Yutan Poluo adı əsasən qədim Buddist salnamələrində xatırlanır. Asiya, Çin və Koreyada yetişir, lakin Tayvan və ABŞ-da da çox nadir hallarda görülür.