Xəbərlər

Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Payız turnir”i keçirilib

AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə Memarlıq və İnşaat Universitetinin idman zalında eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turnir”i başa çatıb. 


AZƏRTAC AFFA-nın saytına istinadən xəbər verir ki, turnirin qalibi “Şimşək” komandası olub. “Zirvə” ikinci, “Azəri” isə üçüncü yeri tutub.

 

“Zirvə” komandasından Şövkət Əskərov ən yaxşı qapıçı, “Azəri” komandasından Rüfət Yusifov isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu 18 qol vuran “Şimşək” komandasının üzvü Tural Muxtarov olub.