Bu maraqlıdır!

Genlər və İrsilik

Nəyə görə zəncirotunun tumundan ancaq zəncirotuları bitir, bəs qaymaqçiçəyi yox. Nə üçün  itin balaları it, pişiyin isə pişik balaları doğulur və heç vaxt tərsinə olmur? Nə üçün uşaqlar öz valideynlərinə oxşayır?

 

100 il bundan əvvəl o vaxt naməlum çex alimi Qreqor Mendel özünün məşhur bitkisi ilə çoxillik təcrübəyə başladı. Valideynlərin nişanələrinin– forma və boya çalarlarının və başqa xususiyyətlərin nəsildən nəsilə ötürülməsini - bu irsilik qanunlarına əməl edilməsini müəyyənləşdirimək  ona nəsib oldu.

 

İstənilən canlı orqanizmin əsası hüceyrədir. Hüceyrələr çoxalırlar və ona görə də orqanizm böyüyür. Bəs onlar valideynlərdə olduğu kimi dəqiq orqanizm yaradılması komandasını hardan alırlar? Uşaqlara valideynlərin, həmçinin nənə və babaların cizgiləri necə keçir? Mendel təxminən nəzərdə tutmuşdu ki, hüceyrələrdə elə xırda, heç kəsin görmədiyi hissəciklər var ki, onlar irsi əlamətlərin ötürülməsini idarə edir. O hətta onlara ad da verdi-GEN lər.

 

Genlər nədir? Gen –çox böyük DNTmolekuludur- qısa olaraq kimyaçılar bu heyranedici cisimləri belə adlandırıblar.

 

DNT – nin hər bir hissəciyi xüsusi əmrdir, hansı hissəcik və nə vaxt hüceyrə yaratmalıdır. DNT-də əmrlər müxtəlif kimyəvi maddələrin birləşməsinin köməyi ilə yazılır.

 

Dahi alimin gümanları təsdiq olundu : elektron mikroskoplarin meydana gəlməsi ilə bunlar 100 min dəfə böyüdülür. İndi bizə dəqiq məlumdur ki, hüceyrələr nəsillərin hüceyrələrindən alınmış genlərimizdə  «yazıldığı» kimi işləyirlər.

 

İndi siz bilirsiniz ki, irsiliyin səbəbi nədir, nəyə görə bizim saçımızın rəngi, gözlərimiz, bizim boyumuz və başqa əlamətlərimiz bizim ata ana,nənə və babalarımızın əlamətlərinə necə oxşayırlar.