Şeirlər

Mir Sabir. Aydan və çaydan

Nənə dedi Aydana,
Qızım dəymə çaydana.
Çaydan yaman istidir,
Acıqlıdır, hirslidir.
Gəl, ona durma yaxın,
Yanar əlin, ayağın.
Aydan baxmayıb sözə,
İstədi ki, çay süzə.
Fincanı doldu, daşdı,

Birdən yan üstə aşdı…
Çay buğlana-buğlana
Töküldü hər bir yana.
- Ay nənə, yandım!-deyə,
Qız atıldı geriyə.
Bu an dil açıb çaydan:
Məni bağışla, Aydan,
Eşitsəydin nənəni,
Yandırmazdım mən səni.