Təbiət

Pişik Balığı

Pişik balığı düz bədən quruluşuna malik şirin su balığıdır. Dəniz suyunda çox az növü yaşayır. Ümumilikdə şirin suda yaşamağı sevirlər.


Pulcuqları olmayan pişik balıqlarının ağızlarının kənarlarında bığları var. Bu bığların funksiyaları dad almaq və toxunaraq hiss etməkdir. Ağızlarının forması aşağıya doğrudur. Bu ağız forması onların yeməklərini suyun dibindən götürdüklərini göstərir.


Uzunluqları 3 metrə qədər arta bilər. Avropada ən çox rast gəlinən balıq növüdür.


Onların döş və kürək üzgəclərinin ön hissəsində çıxarıb və təkrar geri çəkə bildikləri tikanları var. Bu tikanlar onları düşmənlərdən qorumaq üçündür. Balıq yeyən balıqlardan qorunmaq üçün bu tikanları çıxara bilirlər.

 

Pişik balığı həm ətyeyən, həm də otyeyən balıq növləri arasında öz yerini tutan balıqdır. Bundan əlavə, yemi ayırd etməyən nadir balıqlar arasındadır. 

 

Akvariumda ən çox saxlanılan balıqlardan biri olan pişik balığının ömrü olduqca uzundur. Lazımi şərait təmin olunduqda və sağlamlıqlarında problem olmadıqda 15-20 il ömrə sahibdirlər.

 

Pişik balığını saxlamaq üçün akvarium uzun və geniş olmalıdır. Akvariumun qapalı olduğundan əmin olmaq lazımdır, çünki qaçma ehtimalı var.

 

Suyun temperaturu 20-260 dərəcə, suyun pH səviyyəsi isə 5,5-8 arasında olmalıdır.


Gizlənə biləcəkləri aksessuarlar yerləşdirilə bilər.